Məqsədimiz istedadlı tədqiqatçılara və alimlərin, tələbələrin, magistrlərin və praktik-mühəndislərin gördükləri elmi işlərə jurnalın aşağıda göstərilən istiqamətləri üzrə dəstək olmaqdır:

  • İnformasiya texnologiyaları
  • Siqnalların və informasiyanın emalı və ötürülməsi
  • Kompüter elmləri
  • İnformasiya təhlükəsizliyi
  • Elektronika və kommunikasiya mühəndisliyi
  • Radiokommunikasiya, Radioyayım və Televiziya texnologiyaları
  • Elektrik mühəndisliyi
  • Qida texnologiyası
  • Tekstil mühəndisliyi
  • MƏQALƏNİN TÖVSİYYƏ EDİLƏN STRUKTURU

    Məqalənin həcmi: 4-5 səh. 2 sütünda

  • Məqalənin tam adı
  • Məqalənin müəlliflərinin adları,
  • elmi dərəcəsi, elmi adı, vəzifəsi, Ali təhsil müəssisəsinin adı, ünvanı, ölkə, şəhər, e-mail, tel.
  • Xülasə:100-250 söz:
  • ► Məqalənin məqsədini göstərmək;
    ► Tədqiqatın nəticələri;
    ► Yeni məlumatlara, əsas fərziyyəyə və əsas nəticələrə əsaslanaraq əlyazmanın qısa məzmunu
  • Açar sözlər: 5-10 açar söz əlifba sırası ilə, sitat İndeksini tərtib etmək üçün istifadə edilə bilən.
  • Giriş.Oxucu işin gedişatına daxil edilir. Birincisi, oxucuya müəllifin işə başlaması səbəbini izah etmək lazımdır: həll olunmamış məsələnin mövcudluğu və ya müəyyən bir mövzuya dair məlumatın az olması; qeyri-adekvat məlumatların olması; müxtəlif müəlliflərin məlumatlarında uyğunsuzluqlar; yeni perspektiv materialın və ya nadir nümunənin peyda olması; mövcud məlumatlara yeni bir baxış. Yoxsa irəli sürülən bir fərziyyədir və öz tədqiqatını (revizyonunu) aparmağa qərar verilib? Mütləq elmi yenilik olmalıdır. İkincisi, oxucunu məsələnin aktuallığına inandırmaq lazımdır. Seçilən problem nə üçün vacib və maraqlıdır? Təqdimatda əvvəlkin tədqiqatçılara istinad göstərmək olar.
  • Tədqiqatın obyekt və üsulları Tədqiqat modelinin mütləq təsviri. Tədqiqat üçün hansı obyektlərin və nə üçün seçildiklərini, onlarla işləmək üçün hansı üsulların istifadə edildiklərini göstərmək. Tədqiqatın sxem, şəkil, cədvəl, qrafik və hesabatlarını mütləq daxil etmək.
  • Nəticələr:Alınmış məlumatların informativ izahı. Bu hissədə istinadların və müzakirənin qısa elementlərinin istifadəsi mümkündür. Nəticələr özləri ilə və digər tədqiqatın nəticələri ilə müqayisə edilə bilərlər. Burada həmçinin tədqiqatın nəzəri və praktiki nəzərdən nə verdiyi təsvir edilir. Onun dəyəri və anlamı nədir.
  • Ədəbiyyat:İstifadə edilən ədəbiyyata istinadlar: müəllif, il, ad, buraxılış nömrəsi, nəşriyyat, şəhər, səhifə. İnternet mənbədirsə - ad, tarix, link.
  • Əlyazmanın şablonunu yükləmək

    REDAKSİYAYA TƏQDİM OLUNUR:

  • Məqalənin mətni iki nüsxə А4 formatlı ağ kağızda, həm də elektron şəklində, mətnin çapında səhifə nömrələri arxada qələmlə göstərilir, faylın adı birinci müəllifin soyadı ilə müəyyən edilir: soyadı.doc.
  • Başlıq və xülasə azərbaycan və ingilis dillərində (ayrıca faylda).

  • Açar sözlər azərbaycan və ingilis dillərində (ayrıca faylda).
  • Müəlliflər haqqında məlumatlar ayrı bir vərəqdə (əlaqə üçün soyad, ad, ata adı, elmi dərəcə və elmi adı, iş yeri və vəzifəsi, ev və iş ünvanı və telefonlar).
  • Müəlliflər haqqında məlumatlar ayrı bir vərəqdə (əlaqə üçün soyad, ad, ata adı, elmi dərəcə və elmi adı, iş yeri və vəzifəsi, ev və iş ünvanı və telefonlar).
  • MƏQALƏNİN ƏLYAZMASINA TƏLƏBLƏR:

  • Məqalənin əlyazmasında məqalənin adı olmalıdır (mərkəzdən, böyük hərflərlə, qalın, 16 pt, stil - başlıq 2),S.A.A (mərkəzdən, 11 pt), xülasə rus dilində (eninə,10 pt).
  • Word redaktoru, səhifənin ölçüsü: А4 formatı (210 х 297), 2 sütunda arası 7 mm
  • Sahələrin ölçüsü: 20 х 20 х 20 х 20 mm, əsas mətnin ölçüsü və tipi: Times New Roman 11 pt.
  • Mətndə başlıqlar: 12 pt, qalın, stil - başlıq 3.
  • Düsturlarda simvolların ölçüsü (Equation) -11 pt
  • Mətndə düstur və xüsusi simvollardan istifadədə Equation-dan istifadə etmək (Insert-Symbol-dan deyil), yunan hərflərinin yazılışı - adi
  • Xülasə, şəkillərin alt yazısı və cədvəllərin üst yazısı : Times New Roman, 10 pt.
  • Bütün şəkil və cədvəllərin adları olmalıdır.
  • Sətirlərarası məsafə: 1,0, abzas: 0,5 sm.
  • Hər bir şəkil əlavə olaraq orijinal faylda təqdim olunmalıdır
  • Word redaktorunda düzələn şəkillər obyekt kimi yerləşdirilməlidirlər.
  • Hər bir cədvəl əlavə olaraq ayrı bir faylda təqdim olunmalıdır.
  • Ədəbiyyata istinadlar mətndə kvadrat mötərizələrdə göstərilirlər, ədəbiyyat siyahısının başlığı olur: Ədəbiyyat.
  • Rus dilində ədəbiyyat siyahısı üçün QOST Р 7.0.5-2008, latın dilində ədəbiyyat siyahısı üçün (References) Harvard standartı götürülür. Məqalə bütün müəlliflər tərəfindən imzalanmalıdır. Nəşr üçün qəbul edilən əlyazmalar qaytarılmır. Yuxarıda göstərilən tələblərə uyğun gəlməyən materiallar rədd edilir və qaytarılmır. Xahiş olunur materialın hazırlığı, təhvili və nəşri ilə bağlı bütün suallarla İKEMT redaksiyasına müraciət etmək. (məsul katib Bayramova V.N.).
  • E-mail: [email protected] «Mövzu» bölməsində « İKEMT məqalə» göstərmək lazımdır
    AZ2011, Gəncə, Xətai pr. 103, Azərbaycan