Dərc edilmə prosesi

Redaksiya şöbəsinə təqdim edilən məqalənin əvvəlcədən yazı qaydalarında göstərilən əsas meyarlara uyğun olması yoxlanılır. Hər hansı irad varsa, tam düzəliş üçün müəllifə qaytarılır. Rəyçi iradı göstərdikdə məqalə düzəliş üçün yenidən müəllifə (müəlliflərə) göndərilir. Bütün iradlar aradan qaldırıldıqda, məqalə yenidən rəyçiyə göndərilir, onun əsaslandırılmış rəyi yekun qərar qəbul edən redaksiya heyətinin məqalənin nəşr edilməsi üçün əsasdır.

Bir məqaləni dərc etmək üçün 3 mümkün variant var:

  • Nəşr üçün qəbul edilmişdir
  • Rəyçinin qeydlərinin düzəldilməsi şərti ilə nəşr üçün qəbul edilmişdir
  • Rədd edilmişdir
  • Redaksiya heyətinin məqaləni dərc etməsi qərarı məqalənin təqdim edildiyi gündən etibarən 5-7 iş günü ərzində məsul katib tərəfindən müəllifə açıqlanır.